Vasif Namzov: “Güləş türk millətinin savaş hazırlılıqları öncəsi hazırlaşdığı bir təlim kimi ortaya çıxmış, daha sonra bir idman mədəniyyətinə çevrilmişdir.

Alpaqut döyüş sənətinin müəllifi, Beynəlxalq dərəcəli idman ustası. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının baş katibi, Beynəlxalq Turan Oyunları Komitəsinin 1-ci vitse prezidenti, Türk Döyüş sənətləri üzrə araşdırmacı “Kutsan”  Vasıf Namazov.

Güləş kimin idmanıdır?

GÜLƏŞ – Bu döyüş məqsədli idman növünün Türk dünyasında çox yayıldığı heç kimə sirr deyil. Tarixə nəzər salsaq görərik ki, türk xalqları bir çox müharibələr keçirmiş bir toplumdur. Dünyada ən çox imperiyaların türklər tərəfindən qurulması buna əyani sübutdur.Türk hərbi savaş sisteminin ən önəmli hissələrindən biri də əlbəyaxa döyüşdür. Qədim dövrlərdə müharibəyə hazırlıq üçün əlbəyaxa döyüş təlimi güləş olmuşdur.  Savaşlardan fərqli olaraq, hazırlıq mərhələsində zədə almamaq üçün yerdə və ayaqda yumruq və təpk istifadə etmək bu məqsədlə qadağa edilmişdur. Məhs bu səbəbdən güləş günümüzə yumruqsuz və təpiksiz bir idman üslubunda gəlib çatmışdır.  Türk dünyasında obalar bir birindən ayrı olduğu üçün və hər bir obanın fərqli baxışları olduğu üçün təlimlə məşğul olan döyüşçülərin fərqli savaş taktikaları ortaya çıxmışdır.  İndiki zamanda hər bir türk xalqlarında Güləşin fərqli taktiki formalarının və fərqli yarışma qaydalarının olması buna əyani sübutdur.

Coğrafi və ləhçə fərqlilikləri üzündən –  Kuraş> Küreş> Küres> Köraş > Küroş> ve ya Güreş> Güləş> Guraş> Giriş> Yakalaşma> Kurşaktutma> Çelme ve s. kimi fərqli adlandırılmalar meydana çıxmışdır. Fərqli adlandırılmaya baxmayaraq məna və məzmum eyni anlama gəlir. Qeyd edək ki, Gaşgarlı Mahmudun XX əsrdə qələmə aldığı  “Divani Lügatit Türk” əsərinə istinadən Sözün kökü olan “KÜR” sözü canlı, diri, möhkəm, sarsılmaz, guruldayan, kükrəyən, qoçu, gözü qara, ürəkli, özünü itirməməzlik deməkdir. Ayrıca eyni mənbəyə istinadən küreşmek (göz –göze baxmaq)  ve körüşmek (görüşmək, və ya qarşılaşmaq) bu sözlerde eyni mənanı verir. Sözü başka samitə çevirərək “Giriş” qoysaq, yenədə öz mənasında qalır. İki savaşçının bir-birinə girişməsindən qaynaqlanan “GİRİŞ”  anlamına gəlir.

Güləşin fərqli adlandırılması kimi, eyni coğrafiyada yaşayan türk toplulukları içində fərqli texniki və taktikalarına görə  Yağlı güreş, Çapan (ərəbcə əba) güləşi,  Balban güreş, Kəmər güləşi və s. növləridə formalaşmışdır. Günümüzdə  bu idmanın yunanlara və romalılara aid olduğunu göstərmək üçün dəridən qabıqdan çıxanlarda az deyil. Buna səbəb “Yunan və Roma güləşi” deyə bir güləş növünün bütün dünyada daha populyar olması və xüsusilə də Olimpiya oyunlarında olmasıdır.

Sual: Türk dünyasında bu qədər Güləş növləri olduğu halda niyə olimpiya  oyunlarına  “Yunan və roma güləşi” qəbul edilib ki ?

Cavab: Niyəsi budur ki, qədim yunan və roma mədəniyyət abidələrndə və tarixi qaynaqlarında iki savaşçının bir-biri ilə güləşməsi haqqında olan məlumatlardan, güləşin bu adla bir növünü formalaşdıraraq, bu adla da olimpiya oyunlarına qəbul edilmişdir.

Təbii ki, bunu etməkdə doğru etmişlər. Türk etnosu adına bu idman növünü olimpiya oyunlarına salmaq yadlar üçün heç ağılın düşündüyü bir şey deyil. Ancaq ki, bununla tarixi saxtalaşdırmaq da mümkün deyil, belə ki,  “yunan və roma mədəniyyəti” kimi dünyada tanınan mədəniyyət Etruks türk mədəniyyətidir. Italiyanın orta göbəyində qurdun döşündən süd əmən Rom və Rim qardaşlarının heykəli, və  tötem olaraq bu heyvanın türklərə aid olması və digər əsaslı faktlar tarixçilər tərəfindən təsdiq edilir.

Günümzdə, istər Azərbaycanda,  istərsə də Anadolu’nun bir çox bölgələrində, və ya orta asyada olan türk topluluqları arasında gənçlərin toy – düyünlərdə, el bayramlarında  müsiqi sədaları altında igidlik yarışmalarının və ya nümunəvi çıxışlarının keçirilməsinin şahidiyik. Burada atlı idman növlərindən başqa, digər idman növləridə vardır. Bu məclisləri güləşsiz təsəvvür etmək mümkün deyildir.

Bundan əlavə arxealoji qazıntılar zamanı tapılan fərqli bəzəkli əşyalar üzərində güləş təsfirləri ilə qarşılaşırıq. Azərbaycan, Anadolu və Orta Asya’daki keçirilən el şənliklərində güləşçilərin geydiyi  şalvara, eramızdan əvvəl V əsrə aid (2500 il yaşı olan) işquz türklərinə aid sümükdən düzəldilmiş güləşçi fiqurunda rəst gəlirik. Türk xalqlarının fərqli güləş növlərinə görə bu əşyalar üzərində təsvir olunan geyimlərdə fərqlidir.

Nəticə olaraq, Güləş türk millətinin savaş hazırlılıqları öncəsi hazırlaşdığı bir təlim kimi türk insanının həyat tərzindən doğmuş daha sonra bir idman mədəniyyətinə çevrilmişdir.