Rafiq Qasımov Alpaqut üzrə ilk idman ustası adını almağa laiq görüldü.

Azərbaycan Alpaqut Federasiyasının (AAF) regional inkışaf üzrə vitse prezidenti Tegin Rafiq Qasımov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin qərarı ilə Alpaqut döyüş sənəti üzrə Azərbaycan Respublikasının İdman ustası dərəcəsinə layiq görülüb.Qeyd edək ki, Rafiq Qasımov Alpaqut üzrə ilk idman ustası adını daşıyacaq.Bu münasibətlə AAF-nin prezidenti və Struktur Heyəti Rafiq Tegini təbrik edir və yeni-yeni uğurlar arzu edir.