Polis Akademiyasının kursantları “Alpaqut Turan Döyüşü Sənəti” üzrə “idman ustalığına namizəd” dərəcəsinə layiq görülmüşlər

Polis Akademiyasının”Fiziki hazırlıq” kafedersının müəllimi , polis baş leytenantı Natiq Eminovun rəhbərliyi ilə 3- cü kurs kursantları Bayramzadə Rəvan , Məmmədov İsa və 5-ci kurs kursantı Çerpanov Yəhya İlham oğlu 2019-cu və 2020ci illər ərzində “Alpaqut Turan Döyüş” sənəti üzrə Respublika daxilində keçirilən yarışlarda , seminarlarda , beynəlxalq Turnirlərdə və Dünya Çempionatında yüksək nailiyyətlər əldə etmişlər.

Kursantlar bu nailiyyətlərinə görə Gənclər və İdman Nazirliyinin təsnifat normativlərinə əsasən , Bakı Şəhəri İdman İdarəsinin 14.09.2020-ci il tarixi qərarı ilə “İdman ustalığına namizəd” dərəcəsinə laiq görülmüşlər.Bununla əlaqədar olaraq bu ilin 23 oktyabr tarixində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, “Alpaqut Turan Döyüş” sənətinin müəllifi Vasif Namazov , “Turan Oyunları” Komitəsinin prezidenti Fərid Əlizadə və Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov tərəfindən Polis Akademiyasının Rəhbərliyinin iştirakı ilə kursantlar “İdman Ustalığına Namizəd” dərəcəsi vəsiqələri təqdim olunmuşdur. Sonda xatirə şəkilləri çəkilmişdir.