AAF-ın Kaçut sistemi üzrə kordinatoru Natiq Eminov Alpaqutdan “İDMAN USTASI” dərəcəsinə laiq görülmüşdür

Azərbaycan Alpaqut Federasiyasının Kaçut sistemi üzürə kordinatoru, həmçinin DİN-Polis Akademiyasının Fiziki Hazırlıq Kafedrasının müəllimi polis baş leytenantı Yarğan Eminov Natiq İlham oğlu Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin təsnifat normativlərinə uyğun olaraq Alpaqut Turan Döyüş növü üzrə Azərbaycan Respublikasının “IDMAN USTASI” dərəcəsinə laiq görülmüşdür. Natiq Yarğan dəfələrlə respublika və dünya əhəmiyyətli yarışların qalibi olmaqla yanaşı , illərdi ki, Polis Akademiyasında gələcəyin polisləri olacaq bu günün gənc kursantlarına tədris eylədiyi Alpaqut Turan Döyüş sənəti ilə , onlarla dünya və respublika çempionları yetişdirmişdir.

Natiq Yarğana tutduğu bu şərəfli, eyni zamanda çətin və məsuliyyətli işində uğurlar arzulayırıq!