Alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub.

Bakıda “Sərhədçi” olimpiya idman kompleksində ayın 22-də start götürmüş Alpaqut Turan Döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub, yarışda 24 ölkədən 500-dən çox idmançı Alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran Alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.