Bakıda Alpaqut üzrə seminar keçirilib

Alpaqut Federasiyasının Bakı Nümayəndəliyi idmançılar üçün seminar keçirdib

Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazovun tapşırığına uyğun olaraq, Azərbaycan Alpaqut Federasiyasının Bakı Regional Nümayəndəliyinə daxil olan Filialların idmançıları üçün seminar keçirilib.

Seminarda 100-dən artıq uşaq, yeniyetmə və gənc idmançı (Alp) iştirak edib.

Federasiyasının Bakı Regional Nümayəndəliyinin rəhbəri Şahlar Vəliyev tərəfindən keçirilən seminarda idmançıların ustalıq səviyyəsi yoxlanilmaqla yanaşa, idmançılara Alpaqut döyüş sənəti barədə metotik məlumat verilmiş, yeni qəbul edilmiş qaydalar haqqında nəzəri izahlar edilmişdi.

Bu cür seminarlar ölkənin digər regionallarda da keçirilməsi nəzərdə tutulur.