Alpaqutların Vətən uğrunda şəhid gedən fədaileri üç oldu

ALPAQUT – Qədim Türklərin xüsusi təyinatlı elit döyüşçüləri belə adlanırdı. Mahmud Kaşkarlı, Divani Lügatit Türk əsərində Alpagutları belə təsvir edir: “Düşmənə qarşı təkbaşına döyüşən, heç bir yandan ələ keçməyən savaşçı” Bu gün Azərbaycanda Alpagut federasiyası fəaliyyət göstərir və onlar ll – Qarabağ savaşında hamıya məlum olan və lazım olan yerlərdə döyüşlərdə iştirak edir.

Hal hazırda Alpaqutlar üçüncü şəhidini Vətən uğrunda fəda ediblər . Həmin igid Sumqayıt Alpaqut filialının idmançısı , Azərbaycan Ordusunun Xüsusi Təyinatlı birləşməsinin Giziri Şəhriyar Quliyevdir.

Həm adında , həm də əməlində Alpaqut adını şərəflə ucaldan şəhid Qardaşlarımızı Uca Tanrı ruhların Kutsasın !