Alpaqut Federasiya açıq havada növbəti yarışın keçirdi

Azərbaycan Alpaqut Federasiyası 13 sentyabrda Qarabağ Regional Nümayəndəliyinin keçirdiyi  zona yarışı baş tutmuşdur.

Ağdam rayon Quzanlı Olimpiya İdman kompleksi stadionunun açıq hava şəraitində, operativ qərərgahın qərarların uyğun olaraq,  Qarabağ zona turnirinin həyata keçirmişdi. Ağdam rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə Azərbaycan Alpaqut Federasiyasının Ağdam Filialı ilə birlikdə keçirilən turnirdə Ağdam, Ağcabədi və Kəlbəcər Filiallarından ümumilikdə 71 idmançı iştirak etmişdir.
Ümumi komanda hesabında yer bölgüsü belə bölünmüşdur.
1-ci yeri Ağdam, 2-ci yeri Kəlbəcər, 3-cü yeri Ağcabədi komandaları qazandılar.
Turnirdə AAF-ın regionların inkişafı üzrə vits prezidenti Tegin Rafiq Qasımov, AAF-ın Aypara sistemi üzrə koordinatoru Yarğan Piri Elsevər, Qarabağ Regional Nümayəndəliyin rəhbəri Tegin Kənan Quliyev iştirak etmişdi.