Azərbaycan Alpaqut Federasiyası Alpaqut Marşının hazırlanması ilə bağlı müsabiqə elan edir.

MÜSABIQƏ

Azərbaycan Alpaqut Federasiyası Alpaqut Marşının hazırlanması ilə bağlı müsabiqə elan edir.

Şərtlər:

  • Müsabiqəyə təqdim olunan əsərlər Alpaqut Turan döyüş sənətinin ruhunu əks etdirən tərzdə olmalıdır.
  • Alpaqut Marşı mp3 (320 kb.44.100) formatında olmalıdır
  • Müsabiqə oktyabrın 10-dan noyabrın 5-ə qədər davam edəcək
  • Müsabiqəyə təqdim olunan əsərlər online (e-mail) vasitəsiylə təqdim olunacaq
  • Təqdim olunan əsərin müəllifinin adı və hər hansı əlaqə nömrəsi qeyd edilməməlidir.
  • Müsabiqədə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə anonimlik prinsipləri ilə keçiriləcək.
  • İştirak edən əsərlərlə bağlı münsiflərin əsərin müəllifi haqqında heç bir məlumatı olmayacaq
  • Yalnız qalib əsər seçildikdən sonra müəllifin əsəri və özü barəsində ictimayyətə geniş formada təqdimatı təşkil olunacaq.
  • Alpaqut Marşı Müsabiqəsi ilə bağlı alpagut.az saytına daxil olaraq və ya 050 221 79 12 saylı telefondan ətraflı məlumat ala bilərsiniz.
  • Təqdim olunan əsərlər oficce@alpagut.az ünvanına “Alpaqut marşı” başlığı ilə göndərilməlidir
  • Müsabiqənin qaliblərinə Azərbaycan Alpaqut Federasiyası tərəfindən yüksək mükafat və qonarar təqdim ediləcək