AAF rəhbərliyi və məşqçi heyyəti Alpaqutun ilk şəhidinin məzarın ziyarət etdilər

Azərbaycan Alpaqut Federasiyası Sabunçu Filialının rəhbəri, təcrübəli məşqçisi, bir çox yeniyetmə Alpların müəllimi Emil Şamilov işğal olinmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə oktyabrın 27-də qəhrəmancasına şəhid oldu .Bu Alpaqut Federasiyasının Vətən savaşında ilk şəhididi. Bir neçə Alpaqut döyüşçüləri hazırda ön xəttdə savaş meydanındadı.

Aərbaycan Alpaqut Federasiyasının rəhbərliyi və məşqçi heyyəti bu gün şəhid Emil Şamilovun məzarını ziyarət etdilər.Ziyarət iştirakçıları idmançı şəhidin məzarı önünə əklil qoyaraq, ruhuna dualar etmişlər. Həmçinin məşqçi yoldaşları şəhidlə bağlı xoş xatirələrini bölüşdülər.. Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır!