AAF rəhbərliyi və məşqçi heyyəti Alpaqutun ikinci şəhidinin məzarın ziyarət etdilər

Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi və məşqçi heyyəti bu gün Azərbaycan Alpaqut Federasiyasının Caymaz Sistemi üzrə kordinatoru, təcrübəli məşqçisi, Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan kubokunun qalibi, Azərbaycan və Dünya çempionu Yargan İlkin Məmmədovun məzarını ziyarət etdilər.Ziyarət iştirakçıları igid idmançı şəhidin məzarı önünə əklil qoyaraq, ruhuna dualar etmişlər. Həmçinin məşqçi yoldaşları şəhidlə bağlı xoş xatirələrini bölüşdülər.. Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır!