AAF ikinci Şəhidini Vətənə Fəda etdi !

Azərbaycan Alpaqut Federasiyası Caymaz Sistemi üzrə kordinatoru, təcrübəli məşqçisi, Alpaqut döyüş sənəti üzrə Azərbaycan kubokunun qalibi, Azərbaycan və Dünya üzrə Dünya çempionu Yargan İlkin Məmmədov işğal olinmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə noyabır ayının 1-də qəhrəmancasına şəhid olmuşdur .Bu Alpaqut Federasiyasının Vətən savaşında fəda etdiyi ikinci şəhiddir. İkin Yarğanın bu fədakarlığı bizləri qəmə boğsada , Vətən və millət önündə özünün ailəsinin və bütün Alpaqutlarn başını şərəflə ucaltdı.

AAF-nin prezidenti Qüdrət Nuriyev və İdarə Heyəti , həmçinin bütün Alaqutlar adından şəhidimiz İlkin Məmmədovun əzizlərinə, ailəsinə dərin hüzünlə baş sağlığı verir və ruhu qarşısında baş əydiyini bildirir.Qanın yerdə qalmayacaq, əziz şəhidimiz.Qarabağ Azərbaycandır!

Tanri bütün Şəhidlərimizə Rəhmət eyləsin!