AAF altıncı respublika çempionatına hazırlıqlar gedir

Azərbaycan Alpaqut Federasiyasının altıncı respublika çempionatının keçiriləcəyi yeri və vaxtı məlum oldu,belə ki,çempionat bu ilin 14 matr tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsindəki olimpiya kompleksində baş tutacaq.”Qarabağ Azərbaycandır !” devizi altında keçiriləcək çempionatda respublikanın əlliyə yaxın filialından altı yüzdən cox idmançı Alpaqutun Aypara,Batur,Caymaz,Qurşaq və Kaçut növlərində yarışaraq öz güclərin sınayacaqlar.