Əməkdar İdman Ustası Mirəli Seyidov DAF-nin Fəxri üzvü seçilib

Alpaqut Turan döyüş sənətinin qurucusu, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən aparılan seminara qonaq qismində qatılan Mirəli Seyidov məşqçilərə master klass proqramı çərçivəsində texniki fəndlər göstərib. Seminarın sonunda DAF-nın Fəxri üzvlük diplomu Kutsan Vasif Namazov tərəfindən Mirəli Seyidova təqdim olunub.Alpaqut Turan döyüş sənətinin ierarxiya qaydalarına əsasən DAF fəxri üzvü Toraman Alpaqut titulu almış olur.Qeyd edək ki,bu günə qədər bu titul ilə professor Firuddin Ağasıoğlu və Əməkdar İdman Xadimi Azər Həsənsoy təltif olunmuşdur.