Xəbərlər

hamsına bax

“Gənc Elçilər” Azərbaycan Gənclərinin Beynəlxalq təmsilçilik proqramı davam edir

03.05.2017 11:35
Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənc Elçilər” Proqramının seçim mərhələsi artıq başa çatıb. Seçim mərhələsindən uğurla keçən 32 gənc proqramının “Gənc Elçilər”inə çevriliblər. “Gənc Elçilər” Proqramının əsas məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır. Təşkilatçılar tərəfindən proqramda iştirak hüququ qazanan 32 gənclə görüş keçirilib. Görüşə Milli Şuranın sədri Seymur Hüseynovun açılış nitqi ilə start verilib. Daha sonra sədr müavini Aysun Zeynalova Milli Şuranın beynəlxalq əlaqələrındən danışıb. Görüşün gedişatında proqrama seçilmiş 32 gəncin iştirakı ilə Milli Şuranın beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə tərəfindən proqramın təqdimatı keçirilib. Təqdimatda proqramın ümumi fəaliyyəti, imkanlarından və proqramda iştirak şərtlərindən danışılıb. Həmçinin, görüşdə gənclərin iştirakı ilə tanışlıq və komanda oyunları keçirilib. Qeyd edək ki, “Gənc Elçilər” beynəlxalq təmsilçilik proqramının məqsəd və hədəflərinə çatmaq və proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdən ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçiriləcək. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edəcəklər. “Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanacaqlar. Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.
Ətraflı

Nərimanov rayonunda “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib

03.05.2017 10:55
02 may 2017-ci il tarixdə Bakı Modern Təhsil Kompleksində Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin, “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin və Bakı Modern Təhsil Kompleksinin birgə təşkil etdiyi “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Bakı Modern Təhsil Kompleksin müəllim heyəti və şagirdləri iştirak etmişlər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Modern Təhsil Kompleksin baş direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva, şair publisist, “Qarabağ tarixi” kitabın müəllifi Əyyub Şirlanlı, Şuşa Şəhər Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramlı, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında müvafiq sənədlər qəbul edən Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistanın aqressiv etnik təmizləmə siyasəti ilə üz-üzə qaldı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. Natiqlər qeyd etdilər ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Sonra “Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən hazırlanmış “Şuşaya virtual səyahət” adlı videofilm nümayiş olundu. Sonda Bakı Modern Təhsil Kompleksinin şagirdləri arasında keçirilmiş “Hər şey Qarabağ üçün: Şuşasız 25 il” adlı rəsm müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif olundular.
Ətraflı

Partnyorlar

days
hours
minutes

Sorğu

Gənclərin müstəqil həyata başlamasına nə mane olur?

Facebook