Alpaqut nədir ?

 “ALPAQUT” –  NƏ DEMƏKDİR ? ??

 1.1911604_676923142354194_783358002_nSözün ilk mənbəsi

Məlumunuz üçün bildirək ki, Kaşğarlı Mahmud tərəfindən Bağdadda  11. əsrdə yazılan,  (1072 — 1074 illəri arasında ) Türkcənin ən qədim ilk lüğəti, antologiyası, ensiklopediyası və qrammatika kitabı olan, Divanı Lügati’t-Türk (Ərəbcə: ديوان لغات الترك) , (Günümüz Türkcəsi ilə: Türk Ləhcələri Lüğəti, kitatıbında   «Alpaqut» sözü belə izah edilir : «ALPAĞUT»-tək başına düşmənə hücum edən, heç bir tərəfdən tutulmayan igid — I, 144; III 422[1]

2.Daha sonra dilçilər tərəfindən zənginləşən Türk sözlükləri kitabında isə belə izah edilir:

“ALPAQUT” : 1. Alplıq (cəngavərlik) göstərən adam,  2. Qurt soyundan,  3. Seçmə və hörmətli adam.[2]

3. Bir çox tarixçilər “Alpaqut” sözünün açılımına fərqli izah  versələrdə sözün əsas məna yükü dəyişməmişdir.

  • ALP: Qədim Türklərdə; igid, cəsur, bahadır, güclü mənalarındadır.
  • KUT (QUT): Kutsiyet,mübarəklik (Kutlamak, Kutlu olsun) mənalarını verir.

“Alpaqut”:  ( Alpakut, Alpagu, Alpaut, Alpat, Alpata, Alp, Alpağut şəkillərində istifadə edilmiş) Qurd Soylu, Tək başına cəngavər, müqəddəs igid, müqəddəs döyüşçü, milli və bəşəri  ideallar uğruna döyüşən igid mənalarını verir.

Alp (mifologiyası)

1508183_795997047095035_1828157404_n-300x196Alp (Osmanlıca: الپ, Çuvaşça: Улăп, Rusca: Улып, Tatar tərəfindən: Alıp) — Türk və Altay əfsanələrində və nağıllarında ümumiyyətlə Cəngavər mənasını verən söz. Alıp və ya Alpagut (Alpağut, Alpavut) da deyilir.

Məna və Məzmun:  Döyüşçü, igid adam, cəsur, cəsarətli, qorxmaz mənalarını bildirir. Orduya lazım olduğunda qatılan xüsusi təyinatlıları ifadə edər. Xaqanın yanında olduqları yerə görə fərqli adlarla tanınarlar. Dağların çox yüksək yamaclarıdan yetişən bir bitkiyə Alpyıldızı adı verilməsi təsadüf olmayıb, bu adın ucalıq ehtiva edən möhtərəmliyi ilə əlaqəlidir. Alplar, Xaqanın yanında olduqları yerə görə fərqli adlarla tanınarlar.[3]

Çoro — (Sağ yanında olanlar)

Yoro — (Sol yanında olanlar)

Qeyd:  Bu qayda  Alpaqut -Turan  Döyüş sistemlərinin yarışma qaydalarına daxil edilmişdir. Yarışma zamanı Sağ istiqamətdə olan idmançı  «Çoro»,  Sol istiqamətdə olan idmançı  «Yoro» adlanır.

 

4. «ALPAQUT»RÜTBƏ VƏ MƏQAM KİMİ

936733_626018487426226_901761354_nALPAQUT”  sözünün tarixdəki ilk Türk Dövləti olan Hunlar’ dan bəri  rütbə kimi istifadə edildiyi təsdiq edilmişdir. Uyğurlar’ da “Döyüşçü” (Muharip) mənasında istifadə edilən bir söz olmuş, Hunlar’ da isə ordu komandirlərindən indiki “Mayor” rütbəsinə bərabər gələn bir rütbə olaraq istifadə edilmişdir. Hətda rütbə olaraqda  “Alpaqut” sözü hərbiylə, döyüşlə əlaqədar bir söz olmuş, “cəsur”, “igid”, “döyüşçü” mənalarında da istifadə edilmişdir.

Qədim Türklərdə, rütbə olaraq istifadə edilmiş bu rütbəni almaq üçün; qəhrəmanlıq, cəsarət və güclülük tələb olunurdu. “Alpaqut”-lar, boylar içərisində imtiyazlı mövqedə idilər. Doqquz dənə xüsusiyyətə sahib olmaları lazım idi. Aşıq Paşa, tarixində bildirilir; belə sıralanır: 1.sağlam ürək, 2.qol qüvvəti, 3.məharət, 4.xüsusi geyimi, 5.ən yaxşı bir yay, 6.qılınc, 7.süngü, 8.mizraq, 9.yaxşı bir yoldaşa sahib olmaq.

Səlcuqlular dönəmində, bu rütbə şahzadələrə verilən rütbə olmuşdur. Ayrıca;  İslam dövründə «Alpaqut«dan çevrilən Alperen, döyüşçü dərviş deməkdir. Tanrının buyruğuna uyğun gələrək onun uğrunda döyüşər. Döyüşlərdə özlərinə məxsus xüsusi insani qaydaları vardır.

Təsəvvürün təsiriylə «Alperen»ə çevrilən «Alpaqut» rütbəsi, Osmanlılarda:» dünyaya hakim olmağı məqsəd qoyan şəxsiyyəti» ifadə edən «Akınçı»ya çevrilmiş, «Alperen»lər, «Akınçılar» olaraq tanınmışlar. [4]

 

5. TARİXDƏ “ALPAGUT” TÜRKMANLARI

imagesIlk öncə türkman sözünə arayış: Türkman yoxsa Türkmən ?

Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinin etnik mənşəyi Türkman tayfalarıdır. Eləcə də digər tayfalarla (Bayat, Əfşar, Qacar .. və s.) birlikdə Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Türkmanlar bir çox türk tayfalarının ümumi adıdır. Onlar hər hansısa bir ayrıca türk xalqları qrupuna aid xalq deyil. Məsələn: İraqda yaşayan Türkmanlar Azərbaycan Türkcəsində danışırlar, türkmən türkcəsi isə Azərbaycan türkcəsindən tam olmasa da fərqlənir. Türkmən dövlətləri adlandırılan Ağqoyunlu və Qaraqoyunlu dövlətlərini qurmuş nəsillər Azərbaycan mənşəli olublar və bu dövlətlərin ərazisi heç vaxt indiki Türkmənistan ərazisini əhatə etməyib.

Məhs bu səbəbdəndə Türkmanlar indiki anlamıyla türkmən deyil, etnik Azərbaycan türkləridir. Suriyada yaşayan Türkman adlandırılan türklər də Azərbaycan türkcəsində danışırlar və onların dili də Azərbaycan dilinin (türkcəsinin) Güney Azərbaycan dialekti hesab olunur.

Məsələ burasındadır ki, türkmən (daha doğrusu türkman) adı, türk adı kimi birdən çox mənada işlənir. Türk dedikdə Türkiyədəki türklərdə nəzərdə tutula bilər amma İranda yaşayan  azərbaycanlılar da özlərini türk adlandırır. İndiki halda isə İraq türkmanları Azərbaycan türklərinin alt qrupu olaraq (dil cəhətdən) hesab olunmaqdadır, qarapapaq, tərəkəmə kimi (elə bu söz də türkman kökündən gəlir).

 

6. ALPAGUT” TÜRKMANLARI

10420056_950030065025065_917066700991695504_nZamanla köçəri həyatdan, oturaq həyata keçən “Alpaqut”lar öz bölgələrinə “Alpaqut” adını vermişlər. Turan bilinən Türk dünyasında  ( Türk soylu, türk dilli, müstəqil  və muxtar respublikalarda ) bu adla adlandırılan bir çox məskunlaşma yerləri vardır. Məhs bunun nəticəsində, türk tayfaları icərisinə Alpaqutlar daha sonra tayfayada çevrilmişdir.

Məsələn, “Alpaqut Türkmanlari” adı altında təsirli bir tayfa olaraq  “Qaraqoyunlu Dövləti”  içərisində qarşımıza çıxmaqdadır. Qaraqoyunlu Dövləti  idarəsində əsl  yaşadıqları yer indiki “İran’ın Həmadan ətrafı idi. “(XV. ƏSR.)   “Alpaqutlar Türkmanlari” daha  sonra “Ağqoyunlu Dövləti” içərisində əhəmiyyətli vəzifələrdə  oldular. Bu dövrdə və daha sonrakı dövrlərdə də əsl yaşadıqları yerlər  “Azərbaycan” olmuşdur. Məsələn “Alpaqut Oymağı”

 

7. Alpavut ( Alpaqut) oymağı

Alpaqut oymağı Qaraqoyunlu еli tənəzzülə uğrayandan sonra Ağqoyunlu tayfa birliyinə qatıldı. Alpavut oymağının əmirləri həm Qaraqoyunlular, həm əd Ağqoyunlular dövlətində mühim rol oynamışdılar. Alpavut oymağı Qaraqoyunlu dövlətinin yıxılmasından sonra Ağqoyunlu  еlinin tərkibinə qatıldı.

Alpaqut oymağı sonralar Qızılbaşlar dövlətinin tərkibinə qoşuldular. Alpaqutlar Şirvan və Qarabağ bəylərbəyliklərində torpaq alıb yaşamağa başladılar. Bu oymaq Qarabağda Iyirmi dörd еlinin tərkibinə qatılmışdı.  Qarabağda Alpaqut adlı bir nahiyə, bir nеçə kənd vardı.[5]

III. Əhməd zamanında Azərbaycanın “Gəncə  Vilayəti”    içərisində “Alpaqut” adlı kəndlər təsdiq edilmişdir. Yenə tarixi  qeydlərdə  Azərbaycan’ ın “Şirvan” bölgəsində (XVIII. ƏSR.) “Alpaqut  Türkmanlari”  adlı tayfanın yaşadığı  bilinməkdədir. İndiki vaxtda da böyük ehtimalla o  bölgədə  yaşayan Türklər “Alpaqut  Türkmanlari” dır.

Bu gün Azərbaycanda olan Alpaut kənd adları buna tam sübutdur. 1819-cu ildə hazırlanmış sənədə görə Şəki Xanlığının ərazisi 9 administrativ ərazi bölünmüşdü, onlardan biridə Alpaut mahalı idi. Azərbaycanın Ağdaş,  Şamaxı, Qazax, mahallarında  və eləcədə Qarabağda Alpaut, Alpaqut, Alpavut adında kəndləri indi də vardır.

 

8. ANADOLU-da  “ALPAQUT TÜRKMENLERİ” (Türkiyədə onlara “Alpaqut türkmənləri”deyirlər)

“Alpaqut Türkmən” tayfasının əsl məskunlaşma ərazisi “Azərbaycan’ ın Şirvan” Bölgəsidir. Ancaq zaman içərisində xüsusilə də (XVII. ƏSR.) Osmanlı Dövləti Azərbaycanı itirincə “Alpaqut Türkmanlarindən” bəzi qruplar köç edərək, Anadolu’ ya hətta Balkanlara qədər yerləşdilər. Yerləşdikləri bir çox yerlərə öz adlarını verdilər. Çorum, Bolu, Kastamonu, Təqaüdə, Ankara, Kütahya, Çankırı, Çanaqqala, Bilecik və Kırklareli’ nde “Alpağut” adıyla bilinən bir çox məskunlaşma əraziləri vardır. Bu gün kənd və qəsəbə adları xaricində bəzi ailələrin soyadı olaraq da bu ada rast gəlinilməsidə bir təsadüf deyil. Bu durum müxtəlif zamanlarda “Alpaqut”ların Anadoluya gələrək yerləşdiklərini göstərməkdədir.

SONUC: Adın mənbəsi türk dünyasının ilk söz ensklapediyası sayılan,  Divanı Lügati’t-Türk  (Azərbaycan dilində : Türk Ləhcələri Lüğəti)  kitabında  daha doğru şəkildə qeyd olunmuşdur. Bu ad heç bir milli azlıq və ya xüsusi olaraq hər hansısa bir türk xalqının adı deyil, ümümi qədim türk tarixində döyüşçüyə verilən xüsusi bir addır, statusdur, rütbədir.

__________________________________________________________________________________________ 

ALPAQUT

TURAN DÖYÜŞ SƏNƏTİ

 _MG_6373Uzun müddətdir ki, Türk xalqlarının idman mədəniyyətini, xüsüsilədə döyüş mədəniyyətini araşdıran Beynəlxalq dərəcəli idman üstası  “KUTSAN”  Vasif Namazov türk xalqlarının qədimdən bu günə qədər gəlib çatan döyüş sənətlərini incələyərək və müasir döyüş sistemləri ilə sintezləşdirilmiş bir döyüş sənəti quraraq ona ALPAQUT adını verdi.

ALPAQUT (ALP: DÖYÜŞÇÜ, QUT: QUTSAL, MÜQƏDDƏS) yanı Müqəddəs Döyüşçü mənasındadır. Qeyd: Adın verilməsi dövlət səviyyəsində sənədləşmələrlə həyata keçirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014 tarixli İCAZƏ №  37  və Standartlaşdırma, Metralogiya, və Patent  üzrə Dövlət komitəsinin 06.08.2014 tarixli N 2914 1575  saylı rəsmi qərarına əsasən ALPAQUT-TURAN DÖYÜŞ SƏNƏTİ sözünün və loqotipinin mülkiyyətçisi və müəllifi  Vasif Namazov hesab olunur. Bu döyüş sənətini Türk soylu xalqlarının qədim döyüş mədəniyyətinə xas olduğu üçün TURAN DÖYÜŞ SƏNƏTİ deyilir.

___________________________________

Mənbələr

[1] Divanı Lügati’t-Türk I, 144; III 422 Kaşğarlı Mahmud

[2] Orhan Güdül Kutalmış – Öztürkler – İstanbul Ocak 2013

[3] Türk Söylence Sözlüğü, Deniz Karakurt, Türkiye, 2011, (OTRS: CC BY-SA 3.0)

[4] http://tr.wikipedia.org/wiki/Alpagut,_Ilgaz

[5] Ənvər Çingizoğlu. Alpavut oymağı. “Soy” dərgisi, 9 (17), 2008.

Back to Top