Ön səhifə

Son xəbərlər

Azərbaycan Alpaqut Federasiyasının rəsmi şəxsləri 20 yanvar şəhidlərini yad etdilər. Düz 29 il bundan öncə azadlıq tələbi ilə meydanlara çıxmış xalqımızın haqq deyən səsinin kəçmək və xalq azadlıq hərəkatını beşikdəcə boğmaq məqsədi ilə keçmiş Sovet hökümətinin rəhbərliyi Bakıya qoşun yeritdi. Tam silahlanmış qoşun hissəsi silahsız insanların üzərinə hucuma keçmişdi. Qocalara, qadınlara, körpələrə, hətta tibbi yardıma tələsən həkimlərə belə atəş açan Sovet əsgərləri yanvarın 19-dan 20-nə keçən gecə, hətta 20 yanvar günü də şəhərdə dinc əhaliyə divan tutdular. Bununla da M.S.Qarbaçovun rəhbərlik etdiyi Sovet hakimiyyəti öz iç üzünü bütün dünyaya nümayiş etdirdi. Sovet tanklarının qarşısından qaçmayan xalqımızın qəhrəman oğul və qızları öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixin 29 yaşı var. Qədirbilən xalqımız bu tarixi unutmur və hər il 20 yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad edir. Bu ildə, Şəhidlər Xiyabanında böyük izdiham yaşanır. İnsanlar kollektiv və ya fərdi qaydada azadlıq şəhidlərimizin məzarlarını ziyarət edir. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev başda olmaqla, Federasiya rəhbərliyi və məşqçi heyəti də bu gün Şəhidlər Xiyabanını ziyarət edərək, burada uyuyan 20 yanvar şəhidlərinin əziz xatirəsini anaraq, məzarlarına tər gül dəstələri düzdülər

Yanvar 20, 2019 / 0 Comments

Alpaqutlardan Nümunəvi çıxış

Yolumuz

Bizi birləşdirən təkcə coğrafi koordinatlar deyildir. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür.
— Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı.
— Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
XXI-əsr türk dünyası əsridir…
— Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Federasiya Üzvlük Proseduru

Türklərin qədim, dərin fəlsəfi və sirrli qalan milli döyüş sənəti Alpaqut Turan Döyüş Sənətinə üzv olaraq milli iftixar hissi keçirin.

Ətraflı →

Sağlam həyat tərzi

Uşaqlarınızın gələcəyini düşünürsünüzsə, o zaman bizim idman zallarına buyurun. Alpaqut Turan Döyüş Sənəti onları sağlam və milli ruhda tərbiyə edəcək.

Ətraflı →

Dəstək

Ölkəmizdə milli döyüş sənətinin inkişafı ilə yanaşı Beynəlxalq səviyyədə bu döyüş sənətini İxrac edən Federasiya olaraq, bizə dəstək olmaq istəyən hər kəsə minnətdarıq!

Ətraflı →

Tərəfdaşlarımız

Back to Top